Dövlət Agentliyində sədr müavini təyinatı olub
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova yeni müavin təyin edilib.
Reyting.az Yenicag.az-a istinadla xəbər verir ki, sözügedən vəzifəyə Əli Sabir oğlu Hacıyev təyinat alıb.
Ə.Hacıyev bu təyinatadək AAYDA-nın İnvestisiya Baş İdarəsinin rəisi olub. Bundan əvvəl isə iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.