AZ

Milli Məclisin deputatları Gürcüstana gedir

Milli

Milli Məclisin komitə sədrləri - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Arzu Nağıyev, işçi qrupun üzvləri Azər Əmiraslanov və Musa Quliyev fevralın 12-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

Reyting.az
xəbər verir ki, məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.

Səfər çərçivəsində Milli Məclisin komitə sədrləri bu ölkənin ali qanunvericilik orqanında olacaq, Gürcüstan parlamentinin rəhbərliyi və komitə sədrləri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparacaqlar.

E. KAMAL
Seçilən
5
8
reyting.az

9Mənbələr