AZ

Tramp Ukraynanın “ruslaşacağının” mesajını verdi

ABŞ Prezidenti Donald Tramp Ukraynanın "gələcəkdə rus olma ehtimalı”ndan danışıb. 

"Cebheinfo.az" xəbər verir ki, “Fox News” kanalına müsahibəsində Tramp "Onlar bir razılaşma edə, ya da etməyə bilərlər. Gələcəkdə rus olma ehtimalları var, ya da olmaya da bilər" deyib. 

Tramp Kiyevə verilən yardımı təbii sərvətlər, o cümlədən nadir torpaq metalları ilə kompensasiya etməkdə israrlıdır: 

"Bizim orada pullarımız var, mən də onları geri istədiyimi deyirəm. Onlar əslində bunu qəbul ediblər”. O, həmçinin Ukraynaya öz xüsusi nümayəndəsi Keyt Kelloqu göndərəcəyini və onun döyüşlərin dayandırılması təklifini hazırlayacağını bildirib. Lakin Tramp konkret sülh planını təqdim etməyib. 

Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin birbaşa danışıqları istisna ediblər. Zelenskinin mətbuat katibi Sergey Nikiçorov Ukrayna liderinin 14 fevralda Münxendə Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşəcəyini bildirib. Zelenskinin ofisindən verilən məlumata görə, Kelloq 20 fevralda Ukraynaya səfər edəcək, amma səfərin təfərrüatları açıqlanmayıb. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr