Rusiya Ermənistanın Moskvanın İrəvanla Bakı arasında danışıqlarda vasitəçilik etməsini istəməməsinə sakit yanaşır və tərəflərin dinc dialoq istiqamətində müstəqil səylərini alqışlayır.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Müxtəlif səviyyələrdə biz İrəvandan belə bəyanatlar eşitdik ki, vasitəçilərə ehtiyac yoxdur və İrəvan və Bakı [sülh sazişi] yekunlaşana qədər dialoqu davam etdirəcəklər. Biz müstəqil səyləri də alqışlayacağıq”, – Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, Rusiya üçün əsas məsələ Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək və bu ərazidə dövlətlər arasında gələcək əməkdaşlıq üçün proqnozlaşdırıla bilən mühit yaratmaqdır./unikal