“İnter” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “neradzurra”nın hücumçusu Markus Türam zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı futbolçu A Seriyasının XXIV turunun “Fiorentina” ilə matçında xəsarət alıb.
Türamın son durumu tibbi müayinədən sonra bilinəcək.
27 yaşlı hücumçu bu mövsüm 21 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə edib.