İdris Abbasov, Professor
"AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə edilib" başlığına rast gələndə düşündüm ki, İsa Həbibbəylinin dostu, Azərbaycanı İtaliyada rüsvay edən, azərbaycanlı alimin "oğru", "nanəcib pirat" obrazını yaradan Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin məsələsi müzakirə olunacaq. Yanılmışdım. Milli dövlətçilik maraqlarımızı yerlə yeksan edən məsələlərin heç biri açılıb-ağardılmadı. Bu o deməkdir ki, İsa Həbibbəyli ölkəmizin beynəlxalq nüfuzunun aşağı salınmasında maraqlıdır.
Görəsən, Azərbaycan dövləti İsa Həbibbəyliyə hansı pisliyi edib ki, indi akademik Azərbaycan dövlətindən qisas alır, onun nüfuzunun aşağılanmasını bu yolla təşviq edir?!
Bir kəlmə deyə bilməzdimi, dostu Nadir Məmmədli səhv hərəkət edib?! İçində cüzi Azərbaycan sevgisi, dövlətçilik duyğusu, rəhbərə, millətə, şəhidlərə hörmət olsaydı, yəqin ki, deyərdi. Deyərdi ki, uğurlarımızın üstündən xətt çəkən belə rüsvayedici, ölkəmizin adına ləkə gətirən əməllər təkrar olunmasın.
Deməli, İsa Həbibbəyli dostlarının xəyanət və pisliklərini ört-basdır etməklə Azərbaycan dövlətinə pislik edir və onun bu məkrli fəaliyyəti milli maraqlarımız üçün təhlükə yaradır.
Demokratikmusavat.com