AZ

İspaniya nəhəngi PSJ-nin vingerini istəyir

PSJ-nin vingeri Bredli Barkola karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Xəbərə görə, sözügedən oyunçunun xidmətində "Barselona" maraqlıdır. Mənbə Paris klubu Xviça Kvaratsxeliyanı heyətə qatandan sonra "start 11-lik"dəki yerini itirəcəyindən ehtiyat edən 22 yaşlı futbolçunun iş yerini dəyişməyi uyğun saydığını vurğulayıb. "Blauqrana"nın Barkolanı sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürməyi hədəflədiyi bildirilib.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 33 matça çıxan Barkola 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfemarkt" portalı Bredlinin transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
13
fanat.az

1Mənbələr