Misli premyer-liqasının 22-ci turunun “Turan Tovuz”la ev oyunundakı 2:1 hesablı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, paytaxt klubu çempionatda 80-ci qələbəsini qazanıb. Bakı təmsilçisi ölkə çempionatlarında 80 və daha çox görüşdə qalib gələn 17-ci komanda olub.
“Sabah” öz meydanında 40-cı dəfə üç xal qazanıb. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən paytaxt təmsilçisi “Karvan”la MOİK-ə çatıb.
Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” üzərində qazanıb, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matça təsadüf edib. Hər iki qarşılaşmada bir qol vurulub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta