“Dağlıq Qarabağ (keçmiş – red.) ermənilərinin əllərində olan silahlarla döyüşmək imkanı var idi.
Herbiand.az bildirir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
O, əlavə edib ki, Dağlıq Qarabağda hökumət dəyişib və daha sonra DQR-in buraxılması ilə bağlı sənəd imzalanıb: “Təhlükəsiz olanda o zaman ermənilərin Dağlıq Qarabağa qayıtması məsələsi qaldırılacaq”.
Simonyan eyni zamanda qeyd edib ki, Dağlıq Qarabağı Artsax adlandıra bilməz, çünki siyasi fiqurdur və məsuliyyət daşıyır.
Bəxtiyar CƏFƏRLİ