ABŞ prezidenti Donald Trampın ştatdankənar müşaviri adlandırılan Stiv Uitkoffun Moskvaya gəlməsi ilə bağlı Kremlin məlumatı yoxdur.
Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Uitkoffla ilə heç bir təmas planlaşdırılmır.
Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə də münasibət bildirib. "İstənilən hadisə 50/50 ehtimalla baş verir - ya hə, ya da yox", deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov, həmçinin qeyd edib ki, Rusiya ilə ABŞ arasında təmaslar müəyyən kanallar vasitəsilə həyata keçirilir və bu təmaslar intensivləşib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta