
ABŞ Prezidenti Donald Tramp dövlət qurumlarına içkilər üçün nəzərdə tutulan birdəfəlik kağız çöplərin alınmasını dayandırmağı və bütün ölkədə plastik çöplərə qayıtmaq üçün milli strategiya hazırlamağı əmr edən sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib.
Birdəfəlik plastikdən istifadənin azaldılması siyasəti Co Bayden administrasiyası tərəfindən ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün qəbul edilib.
Hökumətin tədbirləri bütün büdcə təşkilatlarında plastik çöplərdən imtina etməyi və alternativ kağız çöplərə keçmyi tələb edib.
Trampın yeni sərəncamı bu siyasəti tənqid edir və kağız çöplərdən istifadəni təşviq edir. Sənəddə həmçinin vurğulanır ki, kağız çöplərin istehsalı və istifadəsi, fərdi araşdırmalara görə, böyük həcmdə kimyəvi maddələrdən istifadə edilməsi, həmçinin, böyük həcmdə tullantıların meydana gəlməsi ilə əlaqədar ətraf mühitə daha çox zərər verir.
Hazırlanacaq milli strategiya biznesi kağız çöplərdən uzaqlaşdırmaq üçün tədbirləri əks etdirməlidir.
Tramp sərəncamı imzalayarkən jurnalistlərə "Bu, absurd vəziyyətdir. Plastik çöplərə qayıdırıq”, - deyib.