Abşeron rayonu Qobu qəsəbəsində “Qobu” modul tipli Elektrik Stansiyası istismara verildiyi tarixdən 01 fevral tarixinədək burada 6,3 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib.
"APA-Economics" xəbər verir ki, “Qobu” stansiyasının açılışı 2022-ci ilin 11 fevral tarixində olub.
Məlumata görə, stansiya ümumi gücü 385 MVt olmaqla, hər biri 18,32 MVt gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.