Qırğızıstan internetdə və mediada böhtan və təhqirlərə görə cərimələr tətbiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Bildirilir ki, 2025-ci il fevralın 10-dan Qırğızıstan rəsmi olaraq internetdə və mediada böhtan və təhqirlərə görə cərimələr tətbiq edib.
Cinayət Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bu cür hərəkətlərə görə fiziki şəxslər üçün 20 min som (~225 ABŞ dolları), hüquqi şəxslər üçün 65 min som (~730 ABŞ dolları) məbləğində cərimələr müəyyən edilib.
Xuraman Etibarlı
İnterpress.az