AZ

“Qobu” elektrik stansiyasında istehsal olunan enerjinin həcmi açıqlanıbg

Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Qobu” modul tipli elektrik stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək 6,3 milyard kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə “İki sahil” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, stansiya ümumi gücü 385 MVt olmaqla, hər biri 18,32 MVt gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.

Xatırladaq ki, “Qobu” modul tipli elektrik stansiyasının açılışı 2022-ci ilin fevralın 11-də olub.

Seçilən
25
11
ikisahil.az

10Mənbələr