Ötən il Böyük Britaniyanın BP şirkətinin xalis mənfəəti 2023-cü ildə qeydə alınan 15,239 mlrd. ABŞ dollarından 381 mln. dollara enib.

İndex.az bu barədə şirkətin 2024-cü ilin tam və ötən ilin dördüncü rübünün maliyyə nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, BP ötən ilin dördüncü rübünü xalis zərərlə başa vurub.

Belə ki, 2024-cü ilin dördüncü rübündə şirkətin xalis zərəri 2023-cü ilin eyni dövrü üçün əldə edilmiş 371 mln. dollar mənfəətlə müqayisədə 1,959 mlrd. dollar təşkil edib.

Xatırladaq ki, BP şirkəti Azərbaycanda iri neft-qaz layihələrinin əsas iştirakçılarından biridir.