AZ

Peskov: “Ukraynanın mühüm hissəsi artıq Rusiyaya çevrilib”

“Ukraynanın əhəmiyyətli bir hissəsi Rusiyanın bir hissəsi olmaq istəyir və artıq faktiki olaraq ölkənin bir hissəsinə çevrilib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ukraynanın əhəmiyyətli bir hissəsinin Rusiyaya çevrilmək istəməsi və onun artıq Rusiyaya çevrilməsi faktdır. Bu, yer üzündə baş verən bir faktdır: Rusiyanın dörd yeni bölgəsi”, - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün "Fox" telekanalına müsahibəsində Ukraynanın nə vaxtsa Rusiyanın tərkibinə daxil ola biləcəyini söyləmişdi.

Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr