AZ

Azərbaycanda istixana kompleksində banan yetişdirilib » AzadMedia.az


Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı Prezident İlham Əliyev tərəfindən qeyri-neft iqtisadiyyatının əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Eləcə də ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, aqroparkların yaradılması, idxaldan asılılığın minimuma endirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
AZERA Holdinqə daxil olan “Fruitland” şirkəti də Azərbaycanda istixana kompleksində və açıq sahələrdə müxtəlif meyvələrin istehsalını həyata keçirir. Şirkət müxtəlif növ yüksək keyfiyyətli meyvə yetişdirilməsinə xüsusi önəm verir və illik məhsul həcmi ümumilikdə 5 min tondur. Hazırda məhsullarımız yerli və xarici bazarlarda satışa çıxarılır. Şirkət 2024-cü ildə isə ölkəmizdə ilk dəfə istixana şəraitində bananların kimyəvi qatqısız və əlavə preparatlardan istifadə edilmədən yetişdirilməsinə nail olub. Xəzər rayonunda Zirə qəsəbəsi ərazisində yerləşən banan bağlarında təbii dada, yüksək keyfiyyətə malik məhsul yetişdirilib. Yerli bananlar peşəkar mütəxəssislərin təcrübəsi və innovativ yanaşmaları sayəsində ölkənin iqlim şəraitinə uyğunlaşdırılıb. İstehsal prosesinin hər bir mərhələsi FruitLand şirkətinin mütəxəsissləri tərəfindən xüsusi diqqətdə saxlanılıb. Vitamin və minerallarla zəngin olan meyvələr sağlamlıq və enerji mənbəyidir.
Fruitland bananları olduqca ləzizdir və təbii dada malikdir. Hazırda Fuitland bananları “Bazarstore”, “Rahat”, “Okean”, “Xəzər”, “Dəniz”, “İdeal”, “Oskar” marketlər şəbəkəsində və “Meyvəli” bazarında alıcılara təklif olunur.

Seçilən
17
2
azadmedia.az

3Mənbələr