Kreml Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiyanın İrəvanla Bakı arasında danışıqlarda vasitəçi ola bilməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Xezerxeber.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Bakı və İrəvanən danışıqları müstəqil aparmağa qadir olduqlarını söyləyib.
"Rusiya İrəvanla Bakı arasında danışıqlara kömək etməyə hazırdır, lakin onlar danışıqları müstəqil aparmağa qadirdirlər", - Kremlin sözçüsü vurğulayıb.