AZ

Superkompüter Çempionlar Liqasının favoritini açıqladı

"Opta Sports"un superkompüteri 2024/25 Çempionlar Liqasının favoritini açıqlayıb.

Publika.az xəbər verir ki, bu "Liverpul"dur. "Qırmızılar"ın çempionluq ehtimalı 24,6% olaraq qiymətləndirilib.

İngiltərənin digər təmsilçisi "Arsenal" 16,6% ilə ikincidir. "İlk üçlüy"ü İnter (14,5%) qapayır.

"Onluq"da "Barselona" (9,5%), PSJ (6,3%), "Real" (4,4%), "Atletiko" (3,9%), "Bayer Leverkuzen" (3,7%), "Atalanta" (3,5%) və "Mançester Siti" (3,2%) yer alıb.

Seçilən
5
publika.az

1Mənbələr