AZ

MÜSİAD Azərbaycan idarə heyəti Türkiyənin Azərbaycandaki səfiri Birol Akgün ilə görüşüb

Bakı, TurkicWorld

MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Prof. Dr. Birol Akgünü ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, ilk olaraq, İdarə Heyətinin sədri Rəşad Cabirli cənab səfirə yeni vəzifəsində müvəffəqiyyətlər arzu edib və qurumun fəaliyyəti və strateji hədəfləri doğrultusunda gələcək planları haqqında məlumat verib.

Eyni zamanda Rəşad Cabirli, MÜSİAD Azərbaycan olaraq fəaliyyətlərində dövlət-özəl dialoqunun və tərəfdaşlığın önəmini vurğulayıb.

"Bundan sonra da Tək Millət olan xalqlarımızın bütün istiqamətlərdə əlaqələrinin dərinləşməsi və inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik",- deyə o bildirib.

Daha sonra isə, Rəşad Cabirli, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə Dövlət başçıları tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli bir yol xəritəsi olduğunu vurğulayıb. Cənab Səfir Birol Akgünə Azərbaycanın Türkiyədə, xüsusilə Türk iş adamları arasında daha geniş tanıdılması məqsədilə hazırlanmış "Azərbaycan’a gəlmək üçün #101NEDEN" adlı kitab təqdim edilib.

Səfir Prof. Dr. Birol Akgün Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixindən bəhs edərək “Bir Millət İki Dövlət” prinsiplərinə sadiq qalaraq sevincli gündə də, kədərli gündə də bərabər olduğumuzu bir daha dilə gətirib.

"Zəngəzur Koridoru Türküstana açılan bir qapıdır və bu hər iki ölkə, o cümlədən Türk Dövlətlər Təşkilatına üzv ölkələr üçün strateji əhəmiyyət daşıyır",- deyə Birol Akgün qeyd edib.

Tədbirin sonunda, MÜSİAD-ın Azərbaycan və Türkiyə arasında münasibətləri gücləndirilməsində xüsusi rolunun olduğunu, ümumilikdə qeyri-hökumət təşkilatlarının bu əməkdaşlığa önəmli töhfələr verdiyini qeyd edib. Türkiyənin Azərbaycandakı səfirliyi olaraq bundan sonra sahibkarların, o cümlədən qeyri-hökumət təşkilatlarının hədəfləri doğrultusunda fəaliyyətlərini dəstəkləyəcəklərini bildirib.

Seçilən
4
3
turkic.world

4Mənbələr