AZ

Azərbaycanda zəlzələ QAÇILMAZDIR - Bu tarixdə...

“Mən əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, 2025-ci ildə, ən azından ilk 6 ayında seysmik və tektonik aktivlik davam edəcək. Biz bunu müşahidə edirik, Xəzər dənizində ardıcıl zəlzələlər baş verir. 3 və bir qədər yuxarı maqnitudalı zəlzələlər müşahidə edilir. Mən dövriliyin davam edəcəyini qeyd etmişdim. Dövrilik bir neçə il əvvəl aktivləşməyə başlayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Modern.az-a son dövrlərdə Azərbaycanda və dünyada zəlzələlərin artması ilə bağlı danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.

Onun sözlərinə görə, Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir:

“Xəzər dənizi seysmik ocaqlarla zəngin ərazidir. Çünki mürəkkbə geoloji quruluşlar, müxtəlif tektonik qırılmalar və qurşaqları mövcuddur. Nəticə etibarilə Xəzər dənizi aktiv seysmik regiondur. Aktivlik ən çox Xəzərdə büruzə olunur, amma bu o demək deyil ki, Azərbaycanın digər ərazilərində olan aktiv seysmik zonalar sakitdir”.

Qulam Babayev bildirib ki, 2025-ci ildə aktivlik davam edəcək:

“Hiss olunan zəlzələlərin olacağını istisna etmirəm. 4, 4.5 hətta 5 maqnitudalı zəlzələlər ola bilər. Çünki qonşu bölgələr aktivdir, ola bilməz ki, Azərbaycan ərazisi seysmik və tektonik baxımdan sabit istiqamətdə inkişaf etsin. O səbəbdən hiss olunan zəlzələlərin olacağını istisna etmirəm. Dağıdıcı və güclü zəlzələlər isə gözlənilmir. Çünki Azərbaycan ərazisi hüdudlarında yerdəyişmələr digər ərazilərlə müqayisədə intensiv deyil. Məsələn Yunanıstan, İtaliya, İspaniya, Yaponiya, Filippin, İndoneziya misal göstərilə bilər. Bu yaxınlarda Egey dənizində bir neçə ardıcıl zəlzələ baş vermişdi. Yunanıstanın yaxın ərazisi təşvişdə idi. Mən bunu demişdim, dünya miqyasında seysmik və tektonik aktivlik davam edir. Azərbaycanda intensivlik var, amma o ərazilərlə müqayisədə aşağı səviyyədədir. Ona görə də bizdə katastrafik zəlzələ ümumiyyətlə gözlənilmir. Keçmiş zəlzələlərin tarixi zəlzələlərin təhlili, mövcud olan metodlar, stansiyaların nəticələri bunu deməyə əsas verir. Amma hiss olunan zəlzələlər qaçılmazdır”.

Seçilən
1
2
bakivaxti.az

3Mənbələr