AZ

Makrondan Hindistanın baş nazirinə hörmətsizlik - VİDEO

Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Süni İntellekt (AI) Sammitində Hindistanın baş naziri Narendra Modiyə hörmətsizlik edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti sammitdə iştirak edən digər rəsmilərlə görüşüb. Bunun fonunda Modi Makronla görüşmək üçün ona əlini uzadıb. Makron isə Hindistanın baş nazirini görməzlikdən gələrək  Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə qucaqlaşıb. 

Qeyd edək ki, bazar ertəsi Parisdə süni intellektin təhlükəsiz istifadəsi üzrə beynəlxalq konfrans başlayıb və fevralın 11-dək davam edəcək.

Gülayə Mecid 

Seçilən
11
50
unikal.az

10Mənbələr