Şimali Koreya lideri Kim Çen In parlament iclasında iştirak edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri iclas zamanı deputatları sıraya düzərək siqaret çəkib. Onun bu görüntüsü dünya mətbuatında böyük əks-səda doğurub.
Daha da diqqət çəkən məqam isə parlamentin bütün üzvləri saçlarını tünd qara rəngə boyaması olub. Uniforma geyinən deputatlar Kim Çen Inın qatıldığı iclasda nizam-intizamla və duruşlarını dəyişmədən oturarkən görüntülənib.
Şimali Koreyanın hərbi vəziyyətə yanaşma tərzini ortaya qoyan bu görüntülər sosial mediada geniş əks-səda doğurub və bir çox insan Kim Çen Inın davranışını “avtoritar güc nümayişi” kimi şərh edib.
Gülayə Mecid