AZ

Tramp məmurlara rüşvət verməyi qadağan edən qanunu dayandırdı

Tramp Amerika şirkətlərinin digər ölkələrdə məmurlara və siyasətçilərə rüşvət verməsini qadağan edən qanunun icrasını dayandırıb.

Onun fikrincə, bu qanunun tətbiqi Amerika biznesinin xaricdə rəqabət qabiliyyətini azaldır.

AzPost-un məlumatına görə, Donald Trampın imzaladığı sərəncamda qeyd edilir ki, Amerika şirkətləri bu qanunun həddən artıq geniş tətbiqindən zərər görür. Bu, ABŞ-ın maraqlarına xələl gətirir. Qərarını şərh edən prezident deyib ki, kağız üzərində qanun yaxşı görünür, amma praktikada bu, sadəcə olaraq fəlakətdir.

Prezidentin göstərişi ilə ABŞ-ın Baş prokuroru Pam Bondiyə Xarici Korrupsiya Təcrübələri Aktı üçün ABŞ-ın xaricdə iqtisadi rəqabət qabiliyyətini gücləndirəcək yeni “yenidən işlənmiş, sağlam düşüncəli müddəalar” yaratmaq tapşırılacaq.

“Xaricdə Korrupsiya haqqında” (Foreign Corrupt Practices Act) Aktı 1977-ci ildə qəbul edilib. Burada təkcə rüşvət vermə faktına görə deyil, həm də rüşvətin planlaşdırılması və təklif edilməsinə görə cəza nəzərdə tutulur, həm də bu hərəkətin şirkət rəhbərliyi tərəfindən bəyənilməsi nəzərdə tutulur. Qanun pozuntusuna görə maksimum həbs müddəti 15 il, maksimum cərimə 250 min dollardır.

Seçilən
4
azpost.info

1Mənbələr