AZ

Kürdəmirdə təcili yardım maşını qəzaya düşdü - VİDEO

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, təcili yardım maşını "VAZ"la toqquşub.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 10.02.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Kürdəmir rayonu üzrə təcili tibbi yardım briqadası çağırış ünvanına gedərkən qəzaya uğrayıb.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Anar Kəlbiyev

Seçilən
2
6
unikal.az

7Mənbələr