AZ

"Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşdu

Qara dənizdə iki gəmi toqquşub.

 

Novorossiyk limanında fırtına zamanı “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb. “Beqoniya” yük gəmisinə yüngül ziyan dəyib, ətraf mühitə zərər dəyməyib.

 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) "APA-Economics"ə bildirilib ki, “Natiq Əliyev” tankeri ASCO-ya məxsus deyil.

Tarix: 21 Fevral 2025, 16:33   
Seçilən
8
13
pravda.az

10Mənbələr