AZ

Modriç "Yuventus"un futbolçusunu tərifləyib

"Real"ın yarımmüdafiəçisi Luka Modriç "Yuventus"un hücumçusu Kənan Yıldızın istedadına heyran olub.

90deqiqe.Az xəbər verir ki, "Madrid Xtra" xorvat futbolçunun dediklərini belə çatdırıb.

“Kənan Yıldızı çox bəyənirəm, onun xüsusi oyun tərzi var. O, izləməkdə maraqlı olduğum böyük istedaddır.Onu parlaq gələcək gözləyir".

19 yaşlı futbolçu "Bianconeri"nin daimi başlanğıc oyunçusudur və Avropa futbolunun ən böyük yüksələn ulduzlarından biri hesab olunur.

Kənan Yıldız bu mövsüm “Yuventus”un heyətində 34 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Seçilən
27
90deqiqe.az

1Mənbələr