AZ

BMU-da Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək

23-24 may 2025-ci il tarixlərində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək.

"Unikal" xəbər verir ki, gənclərin elmə olan marağını artırmaq məqsədi daşıyan konfransda, həmçinin dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılar əldə etdikləri elmi nailiyyət və təcrübələri bölüşəcək,  ortaq problemlər müzakirə olunacaq və onların həlli yolları üçün təkliflər irəli sürüləcək.

Konfransın əsas mövzuları sırasında riyaziyyat və informatika, informasiya texnologiyaları və kibertəhlükəsizlik, logistika və nəqliyyatın müasir problemləri, biologiya, biotexnologiya və qida mühəndisliyi, mühəndislik mexanikasının müasir problemləri, sənaye mühəndisliyi və ekologiyanın müasir problemləri, fizika və fiziki mühəndislik, kimya mühəndisliyi, avtomatlaşdırma, telekommunikasiya və enerji, iqtisadiyyatın davamlı inkişafı, dövlət idarəçiliyində yeni çağırışlar, maliyyə və maliyyə institutlarının formalaşması prinsipləri, xarici ticarət və gömrük xidməti, memarlıq və dizayn, inşaat mühəndisliyi və s. yer alır.

Konfrans haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: https://beu.edu.az/iyrc/home

Seçilən
15
50
unikal.az

10Mənbələr