İzzət Bağırov küsülü olduğu Əməkdar artist Qorxmaz Əlilicanzadə ilə münasibətlərindən söz açıb.
"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, müğəni söz-söhbətə bu fikirlərlə aydınlıq gətirib:
“Qorxmaz Əlilicanzadə ilə aramızda yaşanan hadisə 30 ilə söykənir. Bu məsələ yenidən gündəmə “Elgizlə izlə” verilişində gəldi. Amma bundan sonra o başqa verilişdə haqqımda başqa sözlər dedi.
Qorxmaz Əlilicanzadədən rahat danışıram, çünki “7-17” müsabiqəsi bitəndən sonra o layihədən ayrıldım və Qorxmaz bəyin rəhbərlik etdiyi estrada teatrında illərlə çalışdım. O teatrla Azərbaycanı qarış-qarış gəzib, konsertlər vermişik. “Şou Əlili” adı ilə konsertlərə gedirdik”.
"Cebheinfo.az"