“Rus evi” Azərbaycanda fəaliyyətini dayandırmaq üçün tədbirlər gördüyünü bəyan edib.
Bu barədə “Rus evi” məlumat yayıb.
Qeyd olunub ki, fəaliyyətin dayandırılması üçün tədbirlər Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi əsasında görülür.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.