AZ

TV-lərə xəbərdarlıq yalnız qanunvericilik pozulduqda edilə bilər - Şuradan CAVAB

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) həddən artıq neqativ xəbərlər yayımlayan media qurumlarına xəbərdarlıq edib. Açıqlamada bəzi media qurumlarının ölkədə müsbət hadisə olmadığına dair təsəvvür yaratmağa çalışdığı qeyd olunub. Bildirilib ki, belə xəbərlərlə vətəndaşlar bədbinlik və tənhalığa sövq edilir. Qaydalara uymayan radio və televiziyalara sanksiyalar tətbiq edilə bilər.

Azərbaycanda də belə xəbərdarlığa ehtiyac varmı?
 
Modern.az mövzu ilə bağlı Audiovizual Şura ilə əlaqə saxlayıb.


Qurumun kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib ki, şura ölkə telekanallarının fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələbləri əsasında tənzimləyir:

"Qardaş Türkiyə kanallarında şiddət, ölüm tipli xəbərlərin geniş yayımlanması ilə bağlı RTÜK-ün televizyalara xəbərdarlıq etməsini əsas götürərək bizim də anoloji addım atmağımız, hesab edirik ki, doğru olmaz. 
Təbii ki, bizim yayımçılarla bağlı belə hal olarsa, yəni şiddət, ölüm tipli xəbərlərin sayı artarsa, o zaman Audiovizual Şura tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi addımlar atılacaqdır. Qeyd edim ki, Şura mütəmadi qaydada monitorinqlər həyata keçirir və qanun pozuntusu aşkar edilərsə, o zaman müvafiq inzibati tənbeh tədbirləri görülür. Hazırda isə televiziya kanallarına belə xəbərdarlığın edilməsi zərurəti yoxdur".

Seçilən
0
3
modern.az

4Mənbələr