AZ

Aİ-də süni intellektə 200 milyard avro sərmayə qoyulacaq

Avropa Komissiyası (AK) Avropa İttifaqında süni intellektə investisiya etmək üçün 200 milyard avronun səfərbər edilməsi təşəbbüsü ilə çıxış edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Parisdə keçirilən Süni İntellekt Sammitində çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“Biz Avropada 200 milyard avro süni intellekt sərmayəsini səfərbər etməyi hədəfləyirik. Biz əsas diqqəti sənaye və missiya baxımından kritik tətbiqlərə yönəldəcəyik. Bu, etibarlı süni intellektin inkişafı üçün dünyanın ən böyük özəl tərəfdaşlığı olacaq”, - o deyib.

Seçilən
20
1
operativmm.az

2Mənbələr