AZ

Hərbi qulluqçularımız “Qış təlimi-2025”i uğurla başa vurublar VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2025”-də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar. Bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək, birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb. O, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

Seçilən
41
46
azertag.az

10Mənbələr