AZ

"Serialı Nargilənin mahnıları ilə bəzədim" - Ozan azərbaycanlı aşıqdan danışdı

"Serialı Nargilənin mahnıları ilə bəzədim" - Ozan azərbaycanlı aşıqdan danışdıAktyor Ozan Akbaba Gürcüstanda yaşayan azərbaycanlı aşıq Nargilə Mehdiyeva ilə bağlı açıqlama verib.

OLAY-ın məlumatına görə, İbrahim Selimin proqramında qonaq olan Ozan "Çırak" serialının musiqisini Nargilə ilə birgə hazırladıqlarını deyib:

"Mahnılar da orijinaldır. Gürcüstanda yaşayan tərəkəmə dostum var. Adı Nargilə Mehdiyevadır. Oradakı nadir qadın aşıqlardan biridir. Bilirsiniz ki, Aşıq sənəti Dədə Qorquddan bu günə çatıb. Hazırda bu mədəniyyət Qafqazda daha dolu-dolu yaşanır. Nargilədən xahiş etdim, o da Uşakda bir verilişə gəlmişdi. Proqramdan qayıdanda İzmirdə bacımla qardaşımın olduğu evdə, bir otaqda mahnıları lentə aldılar. Bütün serialı onun orada oxuduğu mahnılarla bəzədim. Müthiş bir şey oldu. "Soundtrack" olaraq çox nadir işlədik. Ekran işindəki mahnılar səhnələrə uyğun hazırlandı".

Seçilən
0
2
big.az

3Mənbələr