AZ

Donald Tramp Qəzza ilə bağlı mübahisəli planı açıqlayıb

ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı mübahisəli planı açıqlayaraq fələstinlilərin evlərinə qayıtmaq hüququnun olmadığını deyib.

''Fox News''a müsahibə verən Donald Tramp Qəzza əhalisinin başqa yerlərdə tikiləcək yeni yaşayış məntəqələrinə köçürülməsini təklif edib.

Misir və İordaniya liderləri qlobal reaksiyaların artması fonunda Vaşinqtona səfər ediblər.

Amerika lideri İsrailin mühasirəsi altında olan bölgələrdə yaşayan fələstinliləri qəbul etməyəcəkləri təqdirdə ABŞ-ın bu ölkələrə etdiyi yardımı dayandıra biləcəyini deyib.

Qeyd edək ki, Fələstinin müqavimət hərəkatı ''Həmas'' rəsmi Təl-Əvivi atəşkəs razılaşmasını pozmaqda ittiham edərək əsir mübadiləsini təxirə salıb.

Donald Tramp buna cavab olaraq Qəzzada atəşkəs razılaşmasını ləğv edəcəyini açıqlayıb. “Əgər bütün əsirlər şənbə günü saat 12-yə qədər azad edilməsə hər şey bitəcək'',-deyә Donald Tramp vurğulayıb.



Seçilən
7
trt.net.tr

1Mənbələr