“Qalmaqalla yox, sənətinizlə, yaradıcılığınızla gündəmə gəlin. Yoxsa ailə-məişət məsələləri - kim kimə nə dedi... Bilirsiniz, bunlar iş deyil və yaxşı yerə getmir. Efirdən bizə analarımız, bacılarımız, uşaqlarımız baxır”.
Poliqon xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Xəzər TV”də yayımlanan “İncə səhər” verilişində deyib.
“Hər evdə uşaq yetişir. Yaxşı şeyi təbliğ etmək lazımdır. Efir güzgüdür. Toyxanada nə istəyirlərsə, oxusunlar. Heç kimin həyatına, yaradıcılığına qarşmıram, qarışmaram da. Amma efirdə olmaz.", - o bildirib.
Poliqon.info