AZ

Ermənilər iki stulda oturmağa çalışırlar

AzVision.az xəbər verir ki, Artak Zeynalyan Ermənistan parlamentindəki çıxışı zamanı belə iddia səsləndirib.

“Bu qanun layihəsi Aİİ-nin ləğvi və ya zərərsizləşdirilməsinə deyil, Aİ-yə inteqrasiyanın başlanmasına yönəlib. Burada Aİİ-dən çıxmaq və ya onunla əlaqələri kəsmək barədə tapşırıqlar yoxdur. Biz yeni bazarlar tapmağa çalışırıq”,- sabiq nazir vurğulayıb.

Ermənistan parlamenti bu gün Aİ-yə üzvlük prosesinə başlamaq üçün qanun layihəsinin qəbulu ilə bağlı müzakirələrə başlayıb.

Overçuk: "Aİ üzvlüyü İrəvana Aİİ bazarlarının bağlanması deməkdir"
Yanvarın əvvəlində Ermənistan hökuməti bu layihəni təsdiqləyib. Baş nazir Nikol Paşinyan bildirib ki, bu, İrəvanın avtomatik Aİ-yə qoşulması demək deyil, çünki bu məsələ referenduma çıxarılmağı tələb edir.

Amma İrəvanın bu qəbildən olan bütün bəyanatlarına baxmayaraq, Moskva Ermənistanın eyni zamanda həm Aİİ-də, həm də Aİ-də üzvlüyünün qeyri-mümkün olması barədə dəfələrlə xəbərdarlıq edib. Obrazlı desək, Ermənistanın iki stulda əyləşmək cəhdinin ağır nəticələr verəcəyi barədə İrəvana mesaj ünvanlayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
6
azvision.az

1Mənbələr