AZ

Azərbaycanlı futbolçunun baş məşqçisi qovuldu

Azərbaycan millisinin hücumusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.

Publika.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssisin Ankara təmsilçisindəki işi heç iki ay çəkməyib. O, ötən il dekabrın 27-də komandaya baş məşqçi təyin edilmişdi.

Renat Dadaşov bir müddət əvvəl Kemal Özdeşin istəyi ilə əsas komandadan kənarlaşdırılıb. Son günlər klubun Renatla yolları ayıracağı haqda xəbərlər də yayılıb.

Seçilən
2
1
publika.az

3Mənbələr