AZ

Müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürdü

Cənubi Koreyanın Daejon şəhərində ibtidai məktəbdə baş verən insident zamanı müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.

"Cebheinfo.az" xəbər verir ki, məktəbin ikinci mərtəbəsində bıçaqlanmış vəziyyətdə tapılan şagirdin dünyasını dəyişdiyi bildirilib.

Polis 40 yaşlı müəllimin şagirdini bıçaqladığını açıqlayıb.

Daejeon Təhsil Nazirliyi bildirib ki, müəllim depressiyaya görə dekabrın 9-da altı aylıq məzuniyyət istəyib, lakin həkimlər onu işə yararlı hesab etdikdən sonra məktəbə qayıdıb.

Cənubi Koreya prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Çoy San Mok hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini və belə hadisələrin bir daha baş verməməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

Seçilən
31
cebheinfo.az

1Mənbələr