Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi baş məşqçinin istəyinə əsasən, Renat Dadaşovu əsas heyətdən kənarlaşdırmışdı.
Bu komandada daha bir azərbaycanlı futbolçu – Həsən Nəzərov da çıxış edir.
"Ankaragücü" 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.