ABŞ Prezidenti Donald Tramp Ukraynanın nə vaxtsa Rusiyanın bir hissəsi ola biləcəyini vurğulayıb.
Gundem.az xarici mediaya istinadla xəbər verir ki, Tramp "Fox News"a müsahibəsində Ukraynanın gələcəyini müzakirə edərək, tərəflərin bir gün razılığa gələ biləcəyini və ya gəlməyəcəyini bildirib.
Tramp həmçinin ABŞ-ın Ukraynaya verdiyi yardımların qarşılığında Kiyevin nadir minerallar kimi təbii ehtiyatlarının ticarətini təklif etdiyini və bu mövzuda razılığa gəldiklərini bildirib.
Zelenski isə təhlükəsizlik zəmanətləri və ərazi itkiləri məsələlərində sərt mövqeyini qoruyur, münaqişənin həlli üçün effektiv danışıqların zəruri olduğunu vurğulayıb.
Fevralın 14-16-da Münhen təhlükəsizlik konfransında iştirak edəcək olan Zelenski orada Trampla görüşü gözləyir. Həmçinin, Trampın Ukraynanın müharibəyə son qoyulması üçün xüsusi elçi göndərəcəyi açıqlanıb.