AZ

Türkmənistan prezidenti 2025-ci ildə Hindistana qaz kəmərinin tikintisini sürətləndirməyi əmr edib

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov hökumətin genişləndirilmiş iclasında Qalkinış qaz yatağının işlənməsinin intensivləşdirilməsi və Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisinin sürətləndirilməsi vəzifəsini qoyub.

Serdar Berdiməhəmmədovun sözlərinə görə, həyata keçirilən enerji siyasəti ölkənin neft-qaz sektorunun inkişafına töhfə verir. 2025-ci ildə daxili və xarici istehlakçıların təbii qazla etibarlı təchizatını təmin etmək üçün sənayenin modernləşdirilməsi planlaşdırılır. Prezident neft-qaz kompleksinin istehsal gücünü artırmaq üçün qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı göstəriş verib.

Türkmənistanda gücü ildə 33 milyard kubmetr xammal və uzunluğu 1,8 min kilometrdən çox olan TAPI qaz kəmərinin tikintisinə 2015-ci ildə başlanılıb. TAPI-nin Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Pakistan-Hindistan sərhədindəki Fazilka qəsəbəsinə çatması planlaşdırılır. “Türkmənqaz” dövlət konserni Türkmənistan ərazisində 214 kilometrlik hissənin tikintisini artıq başa çatdırıb və onu tam istismara hazırlayıb. 2024-cü il dekabrın əvvəlində qaz kəməri layihəsinin Əfqanıstan mərhələsinin həyata keçirilməsi üzrə praktiki işlərə başlanılıb.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
13
oxumeni.az

1Mənbələr