AZ

SOCAR-ın builki büdcəsi təsdiq olundu

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrəbüdcəsi təsdiq olunub.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Belə ki, bu gün SOCAR-ın Müşahidə Şurasının növbəti iclasıkeçirilib. Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri MikayılCabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın prezidentiRövşən Nəcəf və vitse-prezidenti Zaur Qurbanovun təqdimatı iləşirkətin 2025-ci il üzrə büdcə layihəsi müzakirə edilib.

Bildirilib ki, müzakirələrdən sonra SOCAR-ın 2025-ci il üzrəbüdcəsi təsdiq olunub.

Qeyd olunub ki, iclasda, həmçinin gündəlikdə olan digərməsələlər müzakirə edilib.

Məqalədə:
Seçilən
40
17
az.trend.az

10Mənbələr