AZ

"Fənərbaxaça" futbolçudan imtina etdi - YENİLƏNİB

Super Liqa klublarından "Fənərbaxça" yeni transferin keçidindən imtina edib. 

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Məlumata görə, Qabriel Souza da Silvanın sağ ayağında zədə aşkarlanıb. Bu səbəblə 20 yaşlı futbolçu mütləq əməliyyat olunmalıdır. 

Braziliyalı əməliyyat olarsa, 8-10 ay meydanlardan uzaq qalacaq. "Fənərbaxça" tibbi müayinədən keçə bilmədiyi üçün oyunçunun müqaviləsini ləğv etmə qərarı alıb.

***

12:54

Qış transfer dönəmində heyətini ulduz futbolçularla gücləndirən "Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib. 

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Vasko"da çıxış edən Qabriel Souza da Silvanın transferini tamamlayıb. 

Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Da Silvanın "Fənərbaxça" ilə müqaviləsinin detalları 

İstanbul klubu 20 yaşlı braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Fənərbaxça" Braziliya klubuna 3,5 milyon avro transfer haqqı ödəyəcək. Artıq klublar arasında müqavilə imzalanıb. 

"Fənərbaxça"nın yeni transferi "Kasımpaşa"da oynayacaq

Silvanın mövsümün sonuna kimi "Kasımpaşa"ya icarəyə veriləcəyi bildirilir. Buna komandanın legioner limitində olması səbəb olub. 

 

“İnter”də ciddi itki

Renat Dadaşovun klubunda baş məşqçi ayrılığı

Andrey Lunyov: "Qarabağ"da qalardım, amma..."

"Fənərbaxça"nın yeni transferi Rusiya yolunda

Türk müdafiəçi “Aston Villa”da - rəsmi

Seçilən
11
2
apasport.az

5Mənbələr