AZ

Ekspert: Direktorların sertifikasiyası zamanı bu məsələlərə daha çox diqqət edilməlidir

Direktor məktəbdəki sistemi düzgün quranda, idarəçiliyi düzgün şəkildə tənzimləyəndə həm müəllimlər, həm də şagirdlər arasında müəyyən bir disiplin yaranmış olur

 Azərbaycanda məktəb direktorları və direktor müavinləri sertifikasiyaya cəlb ediləcək. Müəllimlərin sertifikasiyasından sonra direktorlar üçün də bu imtahanların keçirilməsi təhsil sistemində baş verəcək yeniliklərdəndir.
Bəs direktor və müavinlərinin sertifikasiyaya cəlb edilməsi təhsil sisteminə necə təsir edəcək, nələri dəyişəcək, müsbət tərəfləri nə olacaq?


Təhsil eksperti Elçin Murad “Sherg.az”a bildirib ki, sertifikasiya imtahanına cəlb olunma hər bir vakant üçün yaxşı nəticə doğuran bir üsuldur: 

“Sertifikasiyaya cəlb olunacağını bilən hər bir vakant öz sahəsi barədə müəyyən məsuliyyət daşımış olur. Ən azından unutduğu şeylər varsa, onlara təkrar baxır, yenidən o barədə özü üçün bir ölçü götürür. Düşünürəm ki, direktorların sertifikasiya imtahana cəlb edilməsindən də ötə psixologiyası və psixoloji pedaqoji fəaliyyəti ilə bağlı məsələlərə daha çox diqqət edilməlidir. Çünki məktəbin əsas sütunu direktordur. Direktor məktəbdəki sistemi düzgün quranda, idarəçiliyi düzgün şəkildə tənzimləyəndə həm müəllimlər, həm də şagirdlər arasında müəyyən bir disiplin yaranmış olur. Direktor istənilən halda düzgün displin qura bilsə, məktəblərdə məsələni düzgün analiz edib dəyərləndirməni düzgün edə bilsə, bu, keyfiyyətli təhsilin əldə edilməsi deməkdir. Yəni direktor sadəcə qəddarlığı ilə yox, eyni zamanda humanistliyi ilə də tanınmalıdır. Şagirdlər direktordan sadəcə qorxduğu üçün yox, onu sevdiyi, saydığı, hörmət etdiyi üçün direktora hörmət qoymalı və onun qoyduğu qayda-qanunlara, tələblərə əməl etməlidir. Yəni bizim məktəblərin bu dəqiqə ən böyük problemlərindən biri də budur. Bütün məktəblərdə olmasa da, əksəriyyət məktəblərdə şagird direktoru sadəcə qəddar bir insan kimi görür və ya tanıyır. Halbuki direktorun vəzifəsi sadəcə masa arxasında oturmaqdan ibarət deyil. Direktor şagirdləri ilə müntəzəm şəkildə maraqlanmalı, seminarlar keçirməli, onlarla psixoloji söhbətlər aparmalıdır. Böyük siniflərdə oğlan uşağı şagirdlərini direktoru özünə cəlb etməyi bacarsa, inanmıram ki, həmin məktəbdə şagird disiplindən kənar və yaxud da etikadan kənar hərəkətlərə yol vermiş olsun”.
Seçilən
20
sherg.az

1Mənbələr