Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədləri araşdırmaq və açıqlamaq vəzifəsi daşıyan şuraya heç vaxt təqdim edilməmiş 2400-ə yaxın qeydi üzə çıxarıb.
Bu barədə iddia ilə "Axios" xəbər platforması çıxış edib.
Xəbərdə bu qeydlərin FTB-nin apardığı araşdırma çərçivəsində üzə çıxardığı 14 min səhifəlik sənədlərə daxil edildiyi bildirilib.
Kennedinin qətli ilə bağlı ən böyük onlayn arxivə malik olan Meri Ferrell Fondunun vitse-prezidenti Cefferson Morli iddialarla bağlı deyib: "Bu, olduqca böyük bir inkişafdır. Bu, FTB-nin bu məsələyə ciddi yanaşdığını göstərir".
Qeyd edək ki, yanvarın 23-də ABŞ prezidenti Donald Tramp keçmiş prezident Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən fərman imzalayıb.
Mənbə: musavat.com