![DYP](https://1news.az/images/2025/02/11/20250211043630150/thumb.jpg?2025-02-11+16%3A38%3A12)
- Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər. - Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər. - Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər. - Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər. Sürücülərə vacib olmadığı hallarda sükan arxasına keçməmək tövsiyə olunub: "Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin. Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin. Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.
Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin meteohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.
Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir!"