Atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda 8-i dağıntılar altından çıxarılan 11 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
"Cebheinfo.az" xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrail və HƏMAS arasında atəşkəsin 22-ci günündə İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb.
Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 11 ölü və 10 yaralı daxil olub. Həyatını itirənlərdən 8-nin dağıntılar altından çıxarıldığı bildirilib. 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 48 min 219-a, yaralıların sayı isə 111 min 665-ə yüksəlib.