“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək.
İNFOAZ.WS-in məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Sərəncama əsasən, Müdafiə Nazirliyi il ərzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlərin keçirilməsini təmin etməlidir.