“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalı təsis ediləcək.
Herbiand.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı"nda əksini tapıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Milli Məclisə il ərzində “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalının təsis edilməsi tövsiyə edilib.